İranda İsrailin xarici kəşfiyyat xidməti “Mossad”la əlaqədə günahlandırılan Sultan Əli Şirzadi Fəxr edam olunub.
KONKRET.az xəbər verir ki, İran mediasının yaydığı məlumata görə, o, uzun illər ərzində müxalif “Mücahidini-Xalq” təşkilatının üzvü olub və müxtəlif sahələrdə bu qurumla əməkdaşlıq edib.
Bildirilir ki, Sultan Əli Şirzadi Fəxr İrana qarşı terror əməliyyatlarında iştirak etdiyini etiraf edib.
Hadisə ilə bağlı əlavə təfərrüatlar açıqlanmayıb.
Müşviq Tofiqoğlu
KONKRET.az
