ABŞ Dövlət Departamenti Əbu Ala əl-Vəlai kimi də tanınan Haşim Fenian Rəhimi əl-Saracinin həbsinə və ya yerinin müəyyən edilməsinə kömək edən məlumata görə 10 milyon dollara qədər böyük mükafat elan edib.
KONKRET.az milliaz-a istinadla xəbər verir ki, ABŞ Dövlət Departamentinin rəsmi platformalarında yayımladığı açıqlamaya görə, Vaşinqton əs-Sərrac haqqında dəqiq məlumat verən hər kəsə yalnız maliyyə mükafatı deyil, həm də ABŞ-da daimi yaşayış imkanı təklif edir.
Qeyd edək ki, Əl-Saraci birbaşa İran dəstəyi alan və Vaşinqton tərəfindən qlobal terror təşkilatı kimi təyin edilən silahlı qrup olan Kətaib Seyyid əl-Şuhəda milisinin baş katibi vəzifəsini icra edir./milliaz
