Ayrılmağını 60 cipi icarəyə götürməklə qeyd etdi – VİDEObackend

Ayrılmağını 60 cipi icarəyə götürməklə qeyd etdi - VİDEO

Qərbi Qazaxıstan vilayətinin 34 yaşlı sakini həyat yoldaşından ayrılıb.

KONKRET.az-ın Orta Asiya ölkələri üzrə bürosunun verdiyi xəbər görə, Almatı şəhərinin mərkəzində yerləşən evini satan ölkə vətəndaşı həyat yoldaşı ilə barışmaq üçün əyalətin Uralsk şəhərinə gəlib. Amma həyat yoldaşı onu qəbul etməyib və rəsmi boşanmanı ərinə təqdim edib.

İldırım Musayev, Orta Asiya ölkələri üzrə xüsusi müxbir

Bundan sonra özünü qadının qohum-əqrabasına, qonşularına varlı birisi kimi təqdim etmək üçün kişi maşın icarəsi ilə məşğul olan şirkətlərə müraciət edib. Bir saatıın icarəsi 40-50 dollar olan 60 ədəd Toyota Land Cruiser Prado, Mercedes Gelandewagen, Lexus və s. markaların cip maşınlarını kortej halında düzərək “arvadının məhlləsinə” yollanıb.

Aydın məsələdir ki, bu qədər maşının hərəkəti küçələrdə tıxaca səbəb olub, hadisə yerinə polislər gəlməli olublar. Sənədlərin yoxlanılması zamanı bəzi sürücülərin sürücülük vəsiqələrinin olmaması da üzə çıxıb. “Bəyin” sənədləri yoxlaıldıqdan sonra polis onu sərbəst buraxıb.

“Toy kortejindən” görüntüləri sizə təqdim edirik…

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*