Azərbaycan əleyhinə təbliğat aparan məşhur yəhudilər – SİYAHIbackend

Azərbaycan əleyhinə təbliğat aparan məşhur yəhudilər – SİYAHI

Rusiya mətbuatında və internet resurslarında Dağlıq Qarabağ məsələsində Azərbaycanın əleyhinə təbliğat aparan və Ermənitsanın mövqeyini müdafiə edən tanınmış jurnalistlər və bloqerlər arasında yəhudi əsilli şəxslər də xüsusi fəallığı ilə seçilirlər.

KONKRET.az xəbər verir ki, həmin şəxslər Ermənistanın mövqeyini açıq şəkildə müdafiə etməkdən çəkinmirlər.

“Ermənipərəst” mövqelərin heç vaxt gizlətməyən həmin şəxslərin arasında ən diqqət çəkəni Vladimir Solovyovdur. İqtisad elmləri namizədi olan bu şəxs Rusiyanın məşhur televiziya aparıcılarından biri hesab olunur. 20 ildən artıqdır Rusiyanın müxtəlif TV kanallarında tok-şouların aparıcısı olub. Hazırda “Rossiya-1” kanalında “Kto protiv” adlı tok-şounun müəllifi və aparıcısıdır. Aparıcısı olduğu verilişlərdə ermənilərə rəğbətinin olduğunu dəfələrlə dilə gətirib.

Daha bir “ermənipərəst” jurnalist Vladimir Poznerdir. Rusiya və ABŞ TV kanallarında müxtəlif verilişlərin müəllifi olan bu şəxs həm də yazıçıdır. Rusiya Televiziya Akademiyasının ilk prezidenti olub. Pozner Ermənistanın mövqeyini müdafiə etdiyini dəfələrlə qeyd edib. Poznerin “Mən öz mövqeyimi bildirmək üçün Qarabağa gedərdim ki, hamı, o cümlədən azərbaycanlılar ürəyimin ermənilər tərəfdə olduğunu başa düşsünlər”, sözləri ermənilər tərəfindən dəfələrlə tirajlanıb.

Bu yaxınlarda Arzu Məmmədova adlı azərbaycanlı gənc bir xanım ABŞ-da Poznerə müraciət edərək “Qarabağın müstəqilliyi dünyada heç bir dövlət tərəfindən tanınmır”, – deyə müraciət etmişdi. Lakin, Pozner bu suala cavab vermk əvəzinə “Dağlıq Qarabağ rəsmi olaraq Ermənistanın ərazisidir”, – demişdi.

Ermənilərin mövqeyini müdafiə edən yəhudi əsilli şəxslərdən biri də Yevgeni Satanovskidir. Satanovski şərqşünas olmaqla bərabər iqtisad elmələr namizədidir. 2001-2004-cü illərdə Rusiya Yəhudi Konqresinin prezidenti olub. Açıqlmalarında qeyd edib ki, Dağlıq Qarabağ heç vaxt Azərbaycana qayıtmayacaq. 2016-cı ildə işğal altında olan Dağlıq Qarabağa qanunsuz səfər etdiyi üçün Azərbaycan Xarici İşlər Nazirliyinin “qara siyahı”sına salınıb.

İşğal altında olan Dağlıq Qarabağa qanunsuz səfər edən və Azərbaycan əleyhinə açıq şəkildə tənqidi fikirlər səsləndirən şəxslərdən biri də yəhudi əsilli bloqer Anton Nosik hesab olunurdu. 2 il əvvəl, 2017-ci ildə 51 yaşnda ölən Anton Nosik hətta Azərbaycanın müstəqil dövlət olmasını belə “uğursuz tarixi səhv” adlandırmaqdan çəkinməmişdi.

Azərbaycan ictimaiyyətinin yaxşı tanıdığı “ermənipərəst” bloqerlərdən biri də Aleksandr Lapşindir. Hazırda Ermənistanda yaşayan Lapşin Dağlıq Qarabağa qanunsuz səfər etdiyi üçün Belarusda həbs olunaraq Azərbaycana gətirilmişdi. Daha sonra həbsdən azad olunsa da, yenə də Azərbaycan əleyhinə təbliğat aparmaqda davam edir. (Yeniavaz.com)

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*