Dünya bazarında Azərbaycan nefti yenidən ucuzlaşıb.
KONKRET.az xəbər verir ki, “Azeri Light” markalı Azərbaycan neftinin bir barelinin qiyməti 1,48 ABŞ dolları və ya 1,50% azalaraq 96,93 ABŞ dollarına düşüb.
Xatırladaq ki, bundan əvvəl Azərbaycan nefti 98,41 ABŞ dollarına ticarət edilmişdi. 2026-cı il üzrə bir barel neftin orta qiyməti isə 65 ABŞ dolları səviyyəsində müəyyən edilib.
