Bu səhv gələcək pensiyanızı əlinizdən ala bilər – RƏSMİbackend

Bu səhv gələcək pensiyanızı əlinizdən ala bilər - RƏSMİ

Əmək müqaviləsi olmadan işləyən şəxslərin illərlə çalışdıqları müddət gələcəkdə pensiya stajı kimi nəzərə alınmaya bilər.

KONKRET.az yenisabah-a istinadən xəbər verir ki, bu barədə Dövlət Əmək Müfəttişliyi Xidməti məlumat yayıb.

Xidmət vətəndaşlara xatırladıb ki, uzun müddət işləmək hələ əmək stajının olması demək deyil. Əmək müqaviləsi olmadan işləmək gələcək sosial təminat hüquqlarının məhdudlaşmasına səbəb ola bilər.

Bildirilib ki, əmək münasibətlərinin rəsmiləşdirilməsi yalnız cari əmək hüquqlarının deyil, həm də gələcək pensiya təminatının qorunması baxımından vacibdir.

Dövlət Əmək Müfəttişliyi Xidməti vətəndaşlara işə başlamazdan əvvəl əmək müqaviləsi tələb etməyi tövsiyə edib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*