Kaliforniyada güclü zəlzələ oldubackend

Kaliforniyada güclü zəlzələ oldu

Kaliforniyanın cənubundakı Los-Anceles dairəsində 4,2 bal gücündə zəlzələ baş verib.

KONKRET.az xəbər verir ki, bu barədə ABŞ Geoloji Xidmətinin (USGS) məlumatında deyilir.

Yeraltı təkanlar yerli vaxtla saat 03:25-də qeydə alınıb. Episentr Los-Anceles dairəsindəki Kommers şəhərindən təxminən 1 km şimal-qərbdə olub. Zəlzələ ocağı 15,45 km dərinlikdə yerləşib.

Zəlzələnin maqnitudası əvvəlcə 4,2 olaraq qiymətləndirilib, daha sonra 4,4-ə yüksəldilib, sonra yenidən 4,2-yə endirilib. Zəlzələ Kaliforniyanın cənubundakı qonşu şəhərlərdə də hiss olunub. Tələfat və ya dağıntı barədə məlumat verilməyib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*