İlham Əliyev gürcüstanlı həmkarına başsağlığı verdi backend

İlham Əliyev gürcüstanlı həmkarına başsağlığı verdi 

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Gürcüstanın Prezidenti Mixeil Kavelaşviliyə başsağlığı verib.

KONKRET.az xəbər verir ki, dövlətimizin başçısının Gürcüstan Prezidentinə ünvanlandığı məktubda deyilir: “Tbilisi şəhərində yaşayış binasında baş vermiş partlayış nəticəsində insanların həlak olması və xəsarət alması xəbəri bizi son dərəcə sarsıtdı.

Bu faciə ilə əlaqədar Sizə, həlak olanların ailələrinə və yaxınlarına, bütün Gürcüstan xalqına şəxsən öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verir, yaralananlara şəfa diləyirəm”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*