Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri HikmətHacıyev “X hesabında” Prezident İlham Əliyevin Vyetnama səfəri ilə bağlı video paylaşıb.
KONKRET.az xəbər verir ki, paylaşımda deyilir:
“Prezident İlham Əliyevin Vyetnama rəsmi səfəri çərçivəsində rəsmi ziyafətdə vyetnamlı müğəninin ifa etdiyi xalq arasında daha çox “Ey Vətən” kimi tanınan məşhur mahnımız. Əla tələffüz və gözəl ifa! Tam adı “Nəğmə dolu bir ürəyəm”, bəstəkarı Elza İbrahimova”.
Prezident İlham Əliyevin Vyetnama rəsmi səfəri çərçivəsində rəsmi ziyafətdə vyetnamlı müğəninin ifa etdiyi xalq arasında daha çox “Ey Vətən” kimi tanınan məşhur mahnımız. Əla tələffüz və gözəl ifa!
Tam adı “Nəğmə dolu bir ürəyəm”, bəstəkarı Elza İbrahimova. https://t.co/ste1eWxZRh
— Hikmet Hajiyev (@HikmetHajiyev) November 21, 2026
