Azərbaycan ordusunun hərbçisi saxlanıldı – SƏBƏBbackend

Azərbaycan ordusunun hərbçisi saxlanıldı - SƏBƏB

Azərbaycan ordusunun hərbi qulluqçusu saxlanılıb.

KONKRET.az Gundem.az-a istinadən xəbər verir ki, Müdafiə Nazirliyi tərkibində ordu kapitanı vəzifəsini daşıyan Rzayev Vahid Şamil oğlu Hərbi Prokurorluqda aparılan araşdırma zamanı rüşvət almaqda təqsirli bilinərək tutulub.

Kapitan Cinayət Məcəlləsinin 312.1-ci (Rüşvət vermə, yəni xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar hər hansı hərəkətin edilməsi və ya belə hərəkətin edilməsindən imtina olunması müqabilində vəzifəli şəxsə onun özü və ya üçüncü şəxslər üçün birbaşa və ya dolayı yolla, şəxsən və ya vasitəçidən istifadə etməklə maddi və sair nemət, imtiyaz və ya güzəşt təklif olunması, vəd edilməsi və ya verilməsi) maddəsi üzrə ittiham olunur.

Şübhəlinin işinə Bakı Hərbi Məhkəməsində baxılacaq.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*