Azərbaycan-Türkiyə birgə hərbi təlimləri regionda vəziyyəti necə dəyişəcək? – Politoloq ŞƏRHİbackend

Azərbaycan-Türkiyə birgə hərbi təlimləri regionda vəziyyəti necə dəyişəcək? - Politoloq ŞƏRHİ

“TurAz Qartalı – 2020” birgə təlimlərində iştirak etmək üçün Türkiyə Hərbi Hava Qüvvələrinin F-16 təyyarələri Azərbaycana gəlib.

Bununla bağlı KONKRET.az-a danışan politoloq Məhəmməd Əsədullazadə bildirib ki, Türkiyənin Azərbaycanla böyük miqyasda hərbi təlimləri regionda siyasi-hərbi nizamı bizim lehimizə dəyişəcək:

“Ermənistan və onun havadarının Azərbyacana qarşı təxribat planları məhz bu təlimlərlərlə fiaskoya uğradı. Hesab edirəm ki, regionda misli görünməyən bu təlimlər Ermənistanda ciddi narahatlıq və zəlzələ effekti yaratdı. Artıq Ermənistan anladı ki, Türkiyə Cənubi Qafqazdadır. İndiyə qədər Rusiya faktorunu Ermənistan qabardaraq əmin idi ki, Ankara Azərbaycana tam dəstək verməyəcək, hərbi qüvvələri Azərbaycanda olmayacaq. Geosiyasi reallıq Türkiyənin Azərbyacanda hərbi təlimlərini labüd etdi. Bu, İrəvanda soyuq duş effekti yartadı. Hətta Rusiya da, Ankaranın varlığı ilə barışmalı oldu.

Bu gün Türkiyə regional və dünya siyasi nizamının formalaşmasında əsas dövlətdir. Yaxın və Orta Şərqdə siyasi-hərbi qalibiyyətə imza atan Türkiyənin Cənubi Qafqazda bu kimi təlimlərə başlaması, məhz burada da geosiyasi qalibiyyətidir. Azərbaycanla birgə təlimlərdən sonra Türkiyə faktoru Azərbyacanda olacaq. Hətta Türk ordusunun müəyyən qoşununun Azərbaycanda qalması mümkün və zəruridir. Çünki böyük miqyaslı təlimlərdən sonra buna gediləcəyini istisna etmirəm. Regionda təhlükə riskləri var. Ona görə də Türkiyə Xəzər dənizindən və Ermənistandan gələn risklərin önləməsində əsas faktor olacaq”.

Nərgiz Mirzəyeva

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*