Azərbaycan və Latviya arasında əməkdaşlıq memorandumu imzalandıbackend

Azərbaycan və Latviya arasında əməkdaşlıq memorandumu imzalandı

Azərbaycanın Kənd Təsərüfatı Nazirliyinin Tərəvəzçilik Elmi-Tədqiqat İnstitutu ilə Latviyanın Həyat Elmləri və Texnologiyaları Universiteti arasında əməkdaşlıq memorandumu imzalanıb.

KONKRET.az bu barədə nazirliyə istinadən xəbər verir.

Məlumata görə, sənədə qurumda Azərbaycanda səfərdə olan Latviyanın kənd təsərrüfatı naziri Kaspars Gerhardsın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüş çərçivəsində imza atılıb.

Görüşdə kənd təsərrüfatı sahəsində əməkdaşlıq imkanları geniş müzakirə olunub. Bildirilib ki, Azərbaycanla Latviya kənd təsərrüfatı sahəsində müasir texnologiyaların transferi, elmi-tədqiqatların aparılması, aqrar sahədə mütəxəssis hazırlığı və aqrar məhsulların ixracı istiqamətlərində əməkdaşlığı genişləndirə bilər.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*