Azərbaycan Xalq artistinin müğənni həyat yoldaşı Rusiyada çıxış etməyəcək – SƏBƏBbackend

Azərbaycan Xalq artistinin müğənni həyat yoldaşı Rusiyada çıxış etməyəcək – SƏBƏB

Azərbaycanın Xalq artisti, opera müğənnisi Yusif Eyvazovun həyat yoldaşı, rusiyalı opera müğənnisi Anna Netrebko yaxın vaxtlarda Rusiyada çıxış etməyəcək.

KONKRET.az xəbər verir ki, bu barədə Netrebkonun Almaniyanın Zeit Online nəşrinə müsahibəsinə istinadən VRN Culture portalı məlumat yayıb.

“Hazırda Rusiyada, hətta Sankt-Peterburqda keçirilən “Ağ gecələr” festivalında da oxumaq fikrim yoxdur, çünki indi bunun doğru vaxt olduğunu düşünmürəm”, – opera divası deyib.
Bununla belə, o, şərait imkan verən kimi Rusiyada yenidən mahnı oxumağı səbirsizliklə gözlədiyini bildirib.

Müğənni Rusiya-Ukrayna münaqişəsinə münasibətdə neytrallığını qoruduğunu vurğulanıb.
“Rusiyada insanlar qəzəblənir, düşünürlər ki, mən Vətənimə xəyanət etmişəm. Nə Rusiyaya, nə də Ukraynaya qarşı satqın deyiləm. İnsan olmağa çalışıram”, – deyə o, qeyd edib.

Bundan əvvəl məlum olub ki, Anna Netrebko yenidən Avropa opera teatrlarının səhnəsinə qayıdır.

Müğənninin özü iddia edir ki, onunla müqavilələrə xitam verən yeganə opera evləri Nyu York Metropolitan Operası və Bavariya Dövlət Operası olub.

Roman Göytürk, 

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*