Qətl şübhəsi ilə axtarışda olan, Azərbaycanda tapılan Türkiyə vətəndaşı ölkəsinə təhvil verilib.
KONKRET.az Baş Prokurorluğun Mətbuat xidmətinə istinadən xəbər verir ki, Fayık Karaçöl həmin ölkədə qəsdən adam öldürməyə cəhd əməlini törətməkdə təqsirləndirilərək 2022-ci ildən etibarən beynəlxalq axtarışa verilib. Həmin şəxs cari ilin iyul ayında ölkəmizdə müəyyən edilərək barəsində həbs qətimkan tədbiri seçilib.
Noyabrın 3-də təqsirləndirilən şəxs Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin xüsusi konvoyun müşayiəti ilə Türkiyənin səlahiyyətli orqanlarına təhvil verilib.
