Azərbaycanda 20 yaşlı futbolçu VƏFAT ETDİbackend

Azərbaycanda 20 yaşlı futbolçu VƏFAT ETDİ

“Qarabağ-2”nin futbolçusu Şirxan Həsənzadə vəfat edib.

KONKRET.az apasport-a istinadən xəbər verir ki, bir neçə gün əvvəl məşqin əvvəlində isinmə hərəkətləri zamanı ürəyi dayanan futbolçu xəstəxanada dünyasını dəyişib.

Komandanın hazırlığında gözlənilmədən 20 yaşlı futbolçunun ürəyində problem yaranmışdı. Məşqçilərin və həkimlərin ilkin müdaxiləsindən sonra dərhal yaxınlıqdakı xəstəxanaya çatdırılan Şirxanın həyatını xilas etmək mümkün olmayıb.

Qeyd edək ki, futbolçu U-21 yığmamızın heyətinə mütəmadi dəvət alırdı.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*