Azərbaycanda qeyri-adi tapıntı: Çaya basdırıblarmış – VİDEObackend

Azərbaycanda qeyri-adi tapıntı: Çaya basdırıblarmış - VİDEO

Masallıda XIX əsrə aid 9 kitab tapılıb.

KONKRET.az Baku Tv-yə istinadən xəbər verir ki, rayon sakini Rauf Cəbiyev kitabları Çaykeş çayından tapdığını bildirir.

“Bir tanışım sözügedən çayda 3 kisə kitabın olduğunu söylədi. İntensiv yağışlar səbəbindən çayda sel olduğuna görə yalnız bir kisəni tapdım”, – o deyib.

R.Cəbiyevin sözlərinə görə, yerli din xadimləri bu kitabların dini ədəbiyyat olduğu qənaətinə gəliblər:

“Kitabların üz qapağı heyvan dərisindəndir və şikəstə xətti ilə yazılıb. Kitablarda peyğəmbərimizin hədisləri, imamlarımız haqqında məlumatlar və Quranın təfsiri öz əksini tapıb”.

R.Cəbiyev kitablardan birinin yandırılmağa çalışdığını, amma yanmadığını söyləyib:

“Kitabın birində yanıq izləri var, lakin o yanmayıb”.

  • Elnara
    Aprel 18, 2025 - 07:09

    Çox maraqlıdır

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*