Azərbaycanda yanacağın qiyməti kəskin bahalaşdıbackend

Azərbaycanda yanacağın qiyməti kəskin bahalaşdı

“Azpetrol” LPG (maye qaz) yanacağın satış qiymətini qaldırıb.

KONKRET.AZ xəbər verir ki xəbər əvvəl 1 litri 0,45 qəpiyə olan maye qaz hazırda 0,65 qəpiyə satılır.

“Azpetrol”dan qiymət artımı ilə bağlı məlumatı təsdiq ediblər.

Qeyd edək ki, son bir ayda avtomobillərin işlətdiyi LPG (maye qaz) təchizatında qıtlıq kəskinləşib. Bildirilir ki, bu da bir tərəfdan tələbatın artımı, digər tərəfdən isə Heydər Əliyev adına Neft Emalı Zavodunda (NEZ) aparılan dövri təmir işləri ilə bağlı olub.

Xeyli müddətdirki ölkəmizdə bir çox yanacaq doldurma məntəqələrində LPG-nin satışı həyata keçirilmir.

Bir cavab yazın