Azərbaycanın voleybol hakimi Türkiyə klubunun oyununu idarə edəcəkbackend

Azərbaycanın voleybol hakimi Türkiyə klubunun oyununu idarə edəcək

Azərbaycan Voleybol Federasiyasının (AVF) beynəlxalq dərəcəli hakimi Eldar Zülfüqarov kişi voleybolçular arasında Çempionlar Liqasına təyinat alıb.

KONKRET. az xəbər verir ki, Federasiyadan verilən məlumata görə, o, A qrupunda yer alan “Ziraat Bank” (Türkiyə) və “Grupa Azoti” (Polşa) komandalarının matçında birinci hakim olacaq.

Qarşılaşma bu gün Bakı vaxtı ilə saat 21:00-da start götürəcək.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*