Azərbaycanlı jurnalistlə Simonyan arasında DİALOQ: “Onsuz da müsahibəmi efirdə verməyəcəksiniz”backend

Azərbaycanlı jurnalistlə Simonyan arasında DİALOQ: "Onsuz da müsahibəmi efirdə verməyəcəksiniz"

Azərbaycanlı jurnalistlər Ermənistan parlamentinin spikeri Alen Simonyandan müsahibə alıb.

KONKRET.az xəbər verir ki, Parlamentlərarası İttifaqın Manamada (Bəhreyn Krallığı) keçirilən 146-cı Assambleyasında iştirak edən Ermənistan parlamentinin sədri Alen Simonyan sosial şəbəkə hesabında əlamətdar hadisə barədə ictimaiyyətə məlumat verib.

O, azərbaycanlı jurnalistlə dialoqu təqdim edib:

“Səfər əlamətdar hadisə ilə yadda qaldı. Bəhreyndə çıxışımdan sonra azərbaycanlı jurnalistlər mənə yaxınlaşaraq iki suala cavab verməmi istədilər.

Cavabında dedim ki, onsuz da efirdə göstərməyəcəksiniz.

“Yox, yox, nə danışırsınız, REAL TV bunu mütləq göstərəcək”, – deyə jurnalist mənə cavab verdi.

Onlar Qarabağda üç polisin öldürüldüyü atışmalarla bağlı sual verdilər. Dedim: “Biz Qarabağa silah aparmırıq, boş yerə axtarmayın”.

İkinci sual minalarla bağlı idi. Mən cavab verdim ki, hətta BMT-nin Beynəlxalq Ədalət Məhkəməsi belə bir şeyin olmadığını qeyd edib”.

Bundan sonra erməni mediası Simonyanla Azərbaycan nümayəndələri arasında görüşün necə və hansı şəraitdə baş tutması ilə maraqlanıb.

Parlament sədrinin sözçüsü erməni mediasına görüş barədə məlumat verib.

“Soruşduq ki, Bəhreyndə görüş necə baş tutub, bu kimin təşəbbüsü olub, bəlkə üçüncü tərəfin vasitəçilik missiyasının nəticəsi olub? Çovinar Xaçatryan bizə bildirdi ki, parlament sədrinin çıxışından sonra azərbaycanlıların müsahibə almaq xahişi ilə Simonyana yaxınlaşması Ermənistan tərəfi üçün də təəccüblüdür. O bildirib ki, sözügedən Azərbaycan KİV-i Alen Simonyanın müsahibəsinin təfərrüatlarını açıqladıqdan sonra ümumi reportaj hazırlayıb.

Xaçatryan deyib ki, o, azərbaycanlı jurnalistlərə telefon nömrəsini də verib”, – media əlavə edib.

Xuraman Etibarlı,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*