Azərbaycanlı məşhurlar zəlzələyə görə konsertlərini təxirə saldılar – VİDEObackend

Azərbaycanlı məşhurlar zəlzələyə görə konsertlərini təxirə saldılar - VİDEO

Xalq artisti Ənvər Sadıqov və Əməkdar artist Abbas Bağırovun fevralın 7-də planlaşdırılan konserti təxirə salınıb. 

KONKRET.az xəbər verir ki, bu haqda müğənni videoaçıqlama yayıb. O bildirib ki, buna səbəb Türkiyədə baş verən zəlzələdir.

“Türkiyədə baş verən fəlakət hər birimizi sarsıtdı. Bununla bağlı Ənvər Sadıqovun sabaha planlaşdırılan konserti təxirə salınır. Tarix dəyişdiriləcək. Alınan biletlər qüvvədə qalır. Yaxın günlərdə tarixi açıqlayacağıq”, – deyə Abbas əlavə edib.

Konsert Fikrət Əmirov adına Gəncə Dövlət Filarmoniyasında keçiriləcəkdi.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*