“Azəriqaz” İB “Azəristiliktəchizat”ın ona olan borcunu açıqladıbackend

"Azəriqaz” İB “Azəristiliktəchizat”ın ona olan borcunu açıqladı

“Azəriqaz” İstehsalat Birliyi “Azəristiliktəchizat” ASC-nin ona borclu olmasına baxmayaraq, qazanxanaların təbii qaz təchizatını bərpa edib.

KONKRET.AZ xəbər verir ki, bunu  “Azəriqaz” İstehsalat Birliyinin Mətbuat xidmətinin rəhbəri Ceyhun Səfərov deyib.

O, bildirib: “Azəristiliktəchizat”ın “Azəriqaz”a 29 milyon manatdan çox borcu var. Buna görə də qazanxanaların qaz təchizatı dayandırılmışdı. Bununla belə, təchizatı bərpa etdik”.

Xatırladaq ki, “Azəristiliktəchizat” ASC noyabrın 1-dən ölkənin ucqar rayonlarında, noyabrın 15-dən isə Bakı və ətraf ərazilərdə qış rejiminə keçidlə bağlı binalara istiliyin verilməsinə başlamalı idi.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*