Abşeronda dekabrın 12-də “Azərişıq”ın əməkdaşını cərəyan vurması nəticəsində ölüb.
KONKRET.az xəbər verir ki, hadisə Mehdiabad qəsəbəsinin ərazisində qeydə alınıb.
Fatmayı kənd sakini 1995-ci il təvəllüdlü Ülvi Bəhrəm oğlu Məcidlini elektrik dirəyində cərəyan vurması nəticəsində ölüb.
Faktla bağlı araşdırma aparılır.
