“Azimut” şirkəti Moskvadan Azərbaycana uçuşlara başlayır – BİLETİN QİYMƏTİbackend

“Azimut” şirkəti Moskvadan Azərbaycana uçuşlara başlayır - BİLETİN QİYMƏTİ

Avqustun 3-dən etibarən “Azimut” aviaşirkəti Moskvadan (“Vnukovo”) Gəncəyə (Azərbaycan) və geri istiqamətdə uçuşlara başlayır.

KONKRET.az “İnterfaks-Azərbaycan”a istinadən xəbər verir ki, bu barədə aviaşirkətin mətbuat xidməti bildirir.

Reyslər həftənin çərşənbə və bazar günləri yerinə ytiriləcək – “Vnukovo”dan uçuş saat 11:40-da, Gəncəyə eniş saat 16:30-da olacaq. Gəncədən uçuş saat 17:50-də, “Vnukovo”da eniş saat 20:40-da olacaq. Hər aeroport üçün yerli vaxt qeyd edilib.

Sözügedən şirkətlə Gəncədən Moskvaya uçuş üçün bilet qiyməti normalda bir tərəfə 92-93 min rubla başa gəlir. Bu – indiki məzənnələri nəzərə aldıqda 170-180 dollardır. Yəni bu reyslə gedib qayıtmaq ümumilikdə təqribən 330-350 dollara və ya 560-600 manata başa gələcək.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*