Babayan yenə özünü İFŞA ETDİ: “Danışıqlar “bərabərhüquqlu tərəf” kimi “Minsk qrupu”nun iştirakı ilə mümkündür”backend

Babayan yenə özünü İFŞA ETDİ: "Danışıqlar "bərabərhüquqlu tərəf" kimi "Minsk qrupu"nun iştirakı ilə mümkündür"

“Qarabağla Azərbaycan arasında danışıqlar yalnız bərabərhüquqlu tərəf kimi və ATƏT-in “Minsk qrupu”nun iştirakı ilə mümkündür”.

KONKRET.az xəbər verir ki, bunu Qarabağdakı qondarma qurumun “müşavir”i, “keçmiş xarici işlər naziri” David Babayan Ermənistan mediasına müsahibəsində deyib.

O, Azərbaycan Prezident Administrasiyasının Qarabağın erməni icması nümayəndələri ilə ikinci görüşün Bakıda keçirilməsi təklifini şərh edib.

Onun sərsəmləmələrinə görə, Xankəndi ilə Bakı arasında danışıqlar yalnız “bərabərhüquqlu tərəflər” kimi mümkündür.

“Bakının media vasitəsilə yaydığı təkliflə danışıqlara getmək düzgün deyil. Birincisi, danışıqlar yalnız “bərabərhüquqlu tərəflər” arasında, ATƏT-in “Minsk qrupu”nun  iştirakı ilə aparıla bilər. İkincisi, Bakıya xatırladırıq ki, Qarabağın erməni icması yoxdur. Qarabağ “respublika”sı tanınmamış olsa da, “dövlət”dir. Azərbaycan üçün  tanınmamaq heç də maneə deyil. Bunu onun Şimali Kipr Türk Respublikası və Tayvanla əlaqələri sübut edir”, – deyə Babayan sərsəmləyib.

P.S. Babayanın cəfəngiyyatlarından aydın olur ki, sülhü, dinc-yanaşı yaşamağı biz yox, ermənilər istəmir. Beynəlxalq norma və qanunları pafosla dünya ictimaiyyətinin az qala “gözünə soxan” ermənilər unudurlar ki, həmin o norma və qanunlara görə heç Ermənistan “Arsax”ı tanımayıb, tanımayacaq da. Babayanın “açıqlama”sı “çaxçax”ın baş ağrıtmasıdır. Biz sona qədər ermənilərə barışıq əlimizi uzadırıq, geri çevirmək yəqin ki, xeyir gətirməyəcək.

Xuraman Etibarlı,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*