Bakıda ana və qızı 9-cu mərtəbədən yıxıldı – Biri öldübackend

Bakıda ana və qızı 9-cu mərtəbədən yıxıldı - Biri öldü

Qaradağ rayonunda ana və qızı yaşadıqları binanın doqquzuncu mərtəbəsindən yıxılıblar.

KONKRET.az-ın məlumatına görə, hadisə Sahil qəsəbəsində qeydə alınıb.

Yaşadıqları evin balkonunda aynaları silən yeniyetmə qız ehtiyatsızlıqdan yerə düşüb. Son anda qızını xilas etmək istəyən anası da müvazibətini itirərək onunla birlikdə yıxılıb.

Hadisə nəticəsində ana dərhal ölüb, qızı ağır vəziyyətdə xəstəxanaya çatdırılıb.

Hadisə şahidlərinin saytımıza verdikləri məlumata görə, bədbəxt hadisə nəticəsində ölən ananın adı Pərvanə olub. Təxminən 35-40 yaşlı qadın müəllim imiş.

Faktla bağlı araşdırma aparılır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*