Bakıda arvadını öldürən sabiq məhkəmə hakimindən xəbər varbackend

Bakıda arvadını öldürən sabiq məhkəmə hakimindən xəbər var

Bakıda arvadını öldürməkdə təqsirləndirilən sabiq məhkəmə hakimi Fəqan Əhmədov və zərərçəkmiş şəxsin hüququ varisi Süleyman Quliyevin məhkəmə qərarından verdiyi kassasiya şikayəti üzrə məhkəmə iclasının vaxtı məlum olub.

KONKRET.az Pravda.az-a istinadən xəbər verir ki, Ali Məhkəmədə keçiriləcək proses oktyabrın 27-nə təyin edilib.

Şikayət hakim İlkin Rəcəbovun sədrliyi ilə araşdırılacaq.

Qeyd edək ki, Bakı sakini Əhmədova Pərvanə Süleyman qızının qəsdən öldürülməsi faktı ilə bağlı Baş Prokurorluğun İstintaq idarəsində Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanaraq istintaq aparılıb.

İstintaqla Bakı şəhəri Sabunçu rayon Məhkəməsinin hakimi vəzifəsində işləyən Əhmədov Fəqan Rövşən oğlunun 2021-ci il mayın 30-da saat 23 radələrində Bakı şəhəri Sabunçu rayonu, Nardaran qəsəbəsi, “Ləhiş bağları” adlanan yaşayış massivində birgə yaşadıqları evdə şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı özünə məxsus ov tüfəngindən atəş açaraq arvadı P.Əhmədovanı qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

F.Əhmədov Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə təqsirləndilirən şəxs qismində cəlb edilərək barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə F.Əhmədov ciddi rejimli cəzaçəkmə müəssisəsində olmaqla 10 il müddətinə azadlıqdan mərhum edilib. Hökmdən narazı qallan sabiq hakim apellyasiya şikayət verib. Bakı Apellyasiya Məhkəməsi F.Əhmədovun həbs müddətini 7 ilə endirib. Daha sonra o və zərərçəkmiş şəxsin hüququ varisi Süleyman Quliyev Ali Məhkəməyə müraciət edib. Göndərilən şikayət ərizəsində hadisənin qəsdən törədilmədiyi qeyd olunmaqla F.Əhmədovun əməlinin Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsindən 124.1-ci (ehtiyatsızlıqdan adam öldürmə) maddəsinə tövsif edilməsi, barəsində həbslə bağlı olmayan cəza təyin olunması xahiş edilib.

Kassasiya şikayətində F.Əhmədovun yetkinlik yaşına çatmayan 3 övladının hadisədən sonra psixi gərginlik yaşadıqları, təqaüdçü nənə-babalarının uşaqlara baxmaqda çətinlik çəkdikləri bildirilib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*