Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yanında Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsi şəhərsalma monitorinqi çərçivəsində Nəsimi rayonu, Hüseynbala Əliyev küçəsində (“Memar Əcəmi” metrostansiyasının yanı) yerləşən qeyri-yaşayış obyektinin ərazisində növbəti dəfə razılaşdırılmamış artırma işlərinin aparılması faktını aşkarlayıb.
KONKRET.az Komitəyə istinadən xəbər verir ki, görülən operativ tədbirlər nəticəsində tikinti işləri dayandırılıb, qanun pozuntusu barədə aidiyyəti qurumlara məlumat verilib.