Bakıda qadın qatarın altında qalaraq ÖLDÜbackend

Bakıda qadın qatarın altında qalaraq ÖLDÜ

Bakıda qadın dəmiryol qatarının altında qalaraq ölüb.

Bu barədə KONKRET.az-a Fövqəladə Hallar Nazirliyindən (FHN) bildirilib.

FHN-in “112” qaynar telefon xəttinə Bakı şəhərinin Qaradağ rayonunda dəmir yolu xəttində qadın meyitinin qatarın altında qalması barədə məlumat daxil olub. Məlumatla əlaqədar FHN-nin Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri çağırış üzrə cəlb olunub.

Həyata keçirilən tədbirlər nəticəsində meyit vaqonun altından çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*