Bakıda yol qəzası – 1 yaşlı körpə ağır yaralandıbackend

Bakıda yol qəzası - 1 yaşlı körpə ağır yaralandı

Bakıda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

KONKRET.az-ın “Report”ua istinadla məlumatına görə, hadisə Sabunçu rayonunda qeydə alınıb.

Rayonun Bilgəh qəsəbəsində yerləşən çimərlik ərazisində iki avtomobil toqquşması nəticəsində avtomobildə olan sərnişin 2020-ci il təvəllüdlü Qurbanova Rüqəyya Tərlan qızı xəsarət alıb.

Yaralı təcili yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb və həkim nəzarətinə götürülüb.

Müayinə zamanı ona qapalı kəllə-beyin travması və baş-beyin əziyi diaqnozları qoyulub.

Hadisənin təfərrüatı araşdırılır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*