Şeremetyevoda sərnişin 1,8 milyon rubl (50 min manat) dəyərində bəyan edilməmiş qızıl-zinət əşyalarını qaçaqmalçılıq yolu ilə keçirməyə cəhd edib.
KONKRET.az xəbər verir ki, bu barədə Şeremetyevo Gömrük İdarəsinin mətbuat xidməti məlumat yayıb.
56 yaşlı rusiyalı qadın Azərbaycandan təyyarə ilə gələrək “yaşıl” dəhlizlə irəliləyib. Lakin məlum olub ki, onun malları bəyan olunmayıb.
Qadın yoxlama üçün çamadan və dörd çanta təqdim edib. Onlardan qızıl-zinət əşyaları – iki üzük, sırğa, boyunbağı və bilərzik tapılıb. Ekspertiza göstərdiyi kimi, zinət əşyaları 750 əyarlı qızıl və qiymətli daşlardan hazırlanıb. Onların ümumi dəyəri 1,8 milyon rubl təşkil edib.
Qadın qaçaqmalçılığa görə məsuliyyətə cəlb oluna bilər.
Roman Göytürk,
KONKRET.az
