Bakıdan sonra ən yüksək əməkhaqqı verilən regionların siyahısı AÇIQLANDI — FOTObackend

Bakıdan sonra ən yüksək əməkhaqqı verilən regionların siyahısı AÇIQLANDI — FOTO

2021-ci ilin birinci yarısının yekununa əsasən ölkənin iqtisadi rayonları üzrə muzdla çalışan işçilərin sayı və yanvar-iyun ayları üzrə orta aylıq nominal əməkhaqları açıqlanıb.

KONKRET.az-ın Dövlət Statistika Komitəsindən əldə etdiyi məlumata əsasən, iyul ayının 1-nə ölkədə muzdla çalışan işçilərin sayı 1 690 600 nəfər olub.

Bakı şəhərində muzdla çalışan işçilərin sayı 865 000 nəfər təşkil edib. Paytaxtdan sonra rəsmi işçi sayına görə Naxçıvan Muxtar Respublikası (114 200 nəfər), Abşeron-Xızı iqtisadi rayonu (92 800 nəfər), Gəncə-Daşkəsən iqtisadi rayonu (79 600 nəfər) gəlir.

Bakı şəhərindən (942,3 manat) sonra ən yüksək orta aylıq əməkhaqqı Gədəbəy rayonunda (685 manat), Daşkəsən rayonunda (669,3 manat) və Sumqayıt şəhərində (640,8 manat) qeyd alınıb.

Naxçıvan Muxtar Respublikasında adambaşına düşən orta aylıq əməkhaqqı 540,8 manatdır. Muxtar Respublikası üzrə ən yüksək əməkhaqqı Naxçıvan şəhərində (556,3 manat) olub.












  • Zəminə
    Avqust 25, 2021 - 10:03

    DARÜLMÖMİNLƏR DİYARININ AHI TUTACAQ SİZLƏRİ BİR GÜN!BİR GÜN…

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*