Bakıya gəldim, bir neçə gün sonra savaş başladı – Səfirbackend

Bakıya gəldim, bir neçə gün sonra savaş başladı – Səfir

Pakistan 44 günlük müharibə ərzində qardaş Azərbaycanın ədalətli mövqeyinə tam mənəvi və diplomatik dəstək verərək Azərbaycanın yanında oldu.

KONKRET.az xəbər verir ki, bu sözləri axar.az-a Pakistanın ölkəmizdəki səfiri Bilal Haye 44 günlük müharibənin başlamasının birinci ildönümü ilə bağlı danışarkən deyib.

Səfir bildirib ki, o, keçən il sentyabrın ortalarında Bakıya gəlib və müharibənin başlaması xəbərini səhər tezdən xəbərlərdə eşidib:

“Həqiqətən də çox fərqli bir təcrübə idi, qeyri-müəyyənlik və narahatlıq var idi. Müharibənin ilk günlərində etimadnaməmi hörmətli Prezident İlham Əliyevə təqdim etmək imkanı qazandım. Pakistan 44 günlük müharibə ərzində qardaş Azərbaycanın ədalətli mövqeyinə tam mənəvi və diplomatik dəstək verərək Azərbaycanın yanında oldu”.

Bilal Hayenin sözlərinə görə, işğal olunmuş ərazilərin azad edilməsi ilə nəticələnən İkinci Qarabağ müharibəsinin nəticəsini əvvəlcədən proqnozlaşdırmaq çətin idi:

“Ancaq Prezident İlham Əliyevin rəhbərliyi altında bu tarixi qələbəni qazanan igid əsgərləri və Azərbaycan xalqının cəsarətini alqışlayırıq, şəhidləri qürurla anırıq”, – deyə səfir bildirib./axar.az/

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*