Balıq yağı preparatları tam faydasızdır – Boşuna pul verməyinbackend

Balıq yağı preparatları tam faydasızdır – Boşuna pul verməyin

Son zamanlar Omeqa 3 – balıq yağı BAD-larının həqiqətən orqanizmə faydalılığı barədə araşdırmaları artırıblar. Daha bir tədqiqat İngiltərədə baş tutub və nəticəsi dərc edilib.

Medicina.az xəbər verir ki, Şərqi İngiltərə universitetinin alimləri balıq yağı kapsulları və Omeqa 3 turşuları olan əlavələrinin depressiya, nevroz və yüksək həyəcanı olan insanlara müsbət təsinin həqiqətən olub-olmamasını araşdırıb.

Belə ki, balıq yağı bu effektinə görə də dünyada çox reklam olunur.
14 min nəfər depressiyadan əziyyət çəkən insanları 2 qrupa bölüblər. Bir qrup yarım il Omeqa 3, digər qrup isə bu maddə olan dəniz balığı, qoz və tumlar qəbul edib.

Nəticələr göstərib ki, balıq yağı, Omeqa 3 depressiya, nevroz, həyəcan simptomlarına heç bir təsir etmir. Ona görə bu preparatlara pul xərcləyib qəbul etməyin mənası da yoxdur.

Əvvəllər də sübut olunmuşdu ki, balıq yağının ürək-damar xəstəliklərinin profilaktikasında heç bir rolu yoxdur.
Balıq yağı bir müddət uşaq orqanizmi üçün lazım olur,  bir çox uşaqlarda o da effektsizdir.

Bir cavab yazın