Yaponiyanın Baş naziri Fumio Kisida oğlu Setaro Kisidanı öz katibi vəzifəsindən istefaya göndərib.
KONKRET.az xarici mediaya istinadən xəbər verir ki, buna səbəb Setaro Kisidanın atasının iqamətgahında keçirdiyi şənlikdən fotoların yayımlanması olub.
Qeyd olunub ki, ötən həftə Setaro və qohumlarının iqamətgahın simvolik vacib yerlərində çəkilən fotoları mediada yayılıb.
Məlumata görə, sözügedən yerlərdə adətən Nazirlər Kabineti üzvlərinin rəsmi foto çəkilişi həyata keçirilir.
Belə ki, Kisida oğlunun davranışının siyasi katibə uyğun olmadığını bildirərək onu vəzifəsindən azad edib.
