ABŞ-ın Miçiqan ştatının Dirborn şəhərində yerləşən ticarət mərkəzlərinin birində baş vermiş silahlı insident nəticəsində 2 nəfər ölüb, daha 1 nəfər isə xəsarət alıb.
KONKRET.az xəbər verir ki, bu barədə “ABC Nyus” telekanalı məlumat yayıb.
Telekanalın məlumatına görə, ölən şəxslər təxminən 20 yaş civarındadır.
Bildirilib ki, münaqişə iştirakçıları bir-birini əvvəlcədən tanıyırmışlar. Onların arasında yaranan fikir ayrılığı sonradan əlbəyaxa davaya, daha sonra isə atışmaya çevrilib.
Hadisə ilə bağlı müvafiq araşdırma aparılır.
