Baş nazirdən varlı nazirlər – siyahıbackend

Baş nazirdən varlı nazirlər - siyahı

Yeni nəqliyyat naziri “baltakəsməz pulu” necə qazanıb?

Rusiya prezidenti Vladmiri Putin, baş nazir, nazirlər, senatorlar və deputatlar 2020-ci il üçün gəlir deklorasiyasını açıqlayıblar.
Rusiya dövlət başçısı Vladimir Putinin son bir ildə 9.994 milyon rubl məbləğində gəliri olub. Bu da o deməkdir ki, prezidentin 2019-cu ilə nisbətən 270 min rubl daha çox gəliri olub. Prezidentin əvvəlki kimi iki mənzili (77 kv. m və 153,7 kv. m.)və istifadəsində iki qaraj sahəsi(18 kv. M.) var. Üstəlik, prezidentin “GAZ M21” və “Niva” markalı maşınları və “Skif” qoşqusu olduğunu bəyan edib.

Prezident Administrasiyasında ən çox qazanan kimdir?

Prezident Administrasiyasındakı ən varlı məmur isə prezidentin köməkçisi İqor Levitindir: o, ötən il 43 milyon rubl qazanıb. Onun “Mercedes-Benz GLC 250” və arvadı ilə birgə 236, 8 kv.m mənzili də var. Arvadı “Lexus ES250” markalı avtomobilə, torpaq sahəsinə (3982 kv. M), bağ evinə (540.9 kv. M) sahibdir

Prezidentin Dövlət Dumasındakı nümayəndəsi Harri Minixin həyat yoldaşı ilə birlikdə 266,7 milyon rubl gəliri olub. Prezidentin köməkçisi Vladimir Medinskinin gəliri son bir ildə iki dəfədən çox artıb: 38,8 milyon rubldan 17,6 milyona.

prezident administrasiyası yarımbaşlığına.jpg (596 KB)

Kreml rəsmiləri arasında xaricdə daşınmaz əmlakı olan yeganə şəxs isə Prezident Administrasiyında ictimaiyyətlə əlaqələr və kommunikasiyalar şöbəsinin müdiri Aleksandır Smirnov və həyat yoldaşıdır. İspaniyada onlar bir mənzilə(281 kv.m) sahibdirlər. Prezident Administrasiyası rəhbəri Anton Vayno da ötən il qazananlar sırasındadır. Vaynonun öz gəliri 11 milyondan 12 milyon rubla qədər artıb və ona məxsus daşınmaz əmlak siyahısı 214,5 kvadratmetrlik bir evlə tamamlanıb. PA rəhbərinin həyat yoldaşı Yelena Şulenkovanın qazancı isə əksinə, il ərzində 5 dəfə azalıb və 4 milyondan 772.000 rubla düşüb.

Prezident Administrasiyası işçilərinin həyat yoldaşları arasında ən varlısı yenə dövlət başçısının mətbuat katibi Dmitri Peskovun həyat yoldaşı Tatyana Navkadır. 2020-ci ildə o, 212 milyon rubl qazanıb. Dmitri Peskovun özünün gəliri 12,5 milyon təşkil edib ki, bu da bir il əvvələ nisbətən 2 milyon azdır.

Ancaq Rusiya Federasiyası Təhlükəsizlik Şurası sədrinin müavini Dmitri Medvedyev baş nazir olduğu dövrdən daha çox qazanmağa başlayıb. Baş nazir olduğu 2019-cu ildə o cəmi 11 milyon qazanmışdısa, onun ötənilki gəliri 18,11 milyon təşkil edib.

Baş nazirdən varlı nazir

baş nazir yarımbaşlığına-2.jpg (7 KB)

 

Rusiyanın baş naziri Mixail Mişustin keçən il 19,9 milyon, yəni bir il əvvəldən 1,7 milyon rubl daha çox qazanıb. Baş nazirin arvadının da gəliri 54.8 milyon rubldan 63.9 milyon rubla çatıb.

Sənaye və ticarət naziri Denis Manturov yenə də hökumətin ən varlı üzvü olub. O, il ərzində 740 milyon rubldan çox qazanıb. Manturov 2019-cu ildə 586 milyon rublla yenə ən varlı nazir olmuşdu. Nazir 2020-ci ildə “Moskviç-408”dən qurtulub, əvəzində “Tesla X100D” avtomobili alıb. Və daha bir maraqlı fakt: əvvəllər nazirin 11.420 kv.m olan yalnız bir torpaq sahəsi var idi. İndi isə məmurun bəyannaməsində ümumi sahəsi 9.669 kv.m olan 4 torpaq sahəsi var. Bundan əlavə, Manturov bir qonaq evi və iki yardımçı binanı gəlir deklarasiyasından çıxarıb, bunun əvəzinə sahəsi 3.075.9 kv.m olan bir yaşayış binası əlavə edib.

baş nazir yarımbaşlığına.jpg (146 KB)

Baş nazirin müavinləri sırasında isə 142,7 milyon rubl gəlirlə Dmitri Çernışenko lider olub.Baxmayaraq ki, bəyannaməyə görə onun gəlirləri də ötən il 3 dəfə azalıb. Baş nazirin digər müavinlərinin bir qədər təvazökar maliyyə qazanıblar. Yanacaq-enerji sahəsini kurasiya edən baş nazir müavinləri Aleksandr Novakın gəlirləri 43,8 milyon rubl(2019-cu ildə – 27 milyon), Yuri Trutnevin gəliri isə 42,3 milyon rubl (2019-cu ildə – 180 milyon) olub. Sosial sahəni kurasiya edən Tatyana Qolikova da ötən il qazancını artırıb. Onun da qazancı 40,4 milyon rubl təşkil edib. (2019-cu ildə 14, 86 milyon).

Nazir olandan sonra varlandı

nazir olandan sonra varlandı yarımbaşlığına.jpg (254 KB)

Keçən ilin noyabrından “Aeroflot” şirkətindən Rusiyanın nəqliyyat naziri vəzifəsinə gətirilən Vitali Savelyev isə 359,4 milyon rubl gəlir əldə edib. Onun əmlakları sırasında “BMW X5” və “Bentley Continental GT” avtomobilləri var. Nazirin ümumi sahəsi 6,5 min kvadratmetrdən çox olan 6 torpaq sahəsi, üç mənzili (207.4, 292.8 və 238.8 kv. m)var. Üstəlik, 3.6 min kvadratmetr qeyri-yaşayış sahəsi və digər “xırda əmlakları”var. Savelyevin həyat yoldaşı 2020-ci ildə 35,6 milyon qazanıb. O isə “Mercedes Benz S63 AMG” və “Mercedes-Benz AMG GLE”yə sahibdir.

Ümumilikdə, baş nazir, baş nazir müavinləri və nazirlərinin (32 nəfər) gəliri keçən ilin sonunda 2.285 milyard rubl təşkil edib.

Senatorlar və deputlardan ən varlıları…

sonuncu yarımbaşlığa.jpg (262 KB)

Federasiya Şurasının sədri Valentina Matviyenko keçən il 17,5 milyon rubl qazanıb. Bu, bir il əvvələ nisbətən bir neçə yüz min çoxdur.
Federasiya Şurası üzvləri arasnda keçən il “çempion” olan Kamçatkanı təmsil edən senator Valeri Ponomaryov 2020-də də liderliyini qoruyub. Onun illik gəliri 4 milyard rublu keçib. “Okeanrıbflot” un idarəetməsində olan senator 2019-cu ildə yalnız 2,7 milyard rublla öyünürdü.

Yuxarı palatada gəlirini artıranlar sırasında Tambov vilayətindən senator Aleksandr Babakov da var. 2,4 milyard rubl gəliri olduğu elan edən Kareliyadan olan senator İqor Zubarev Babakovu keçib. O, 2019-cu ilə nisbətən gəlirlərini 4 dəfədən çox artıra bilib.

sonuncu yarımbaşlığa-2.jpg (6 KB)

Dövlət Dumasının sədri Vyaçeslav Volodin pandemiya ilində 15% az qazanıb-84 milyon rubl. Bundan əvvəl onun gəlirləri 100,2 milyon rubl olmuşdu. Dövlət Dumasının ən varlı vitse-spikeri İqor Lebedev olub-113,5 milyon rubl. Bu, bir il əvvələ nisbətən üç dəfə çoxdur (34 milyon rubl). Volodinin müavinləri arasında ikinci yerdə 33,7 milyon rubl ilə İqor Ananskiy gəlir. Onun nə az-nə çox 106 torpaq sahəsi də var.
2019-cu ilin sonunda ən zəngin deputat Qriqori Anikev yenə də liderliyini qoruyub. Onun 2,733 milyard rubl gəliri olub. Məlumdur ki, Anikev ət biznesi ilə məşğul olan “ABI Group”un qurucusudur. Leonid Simanovski ən varlı deputatların sıralamasında ikinci olaraq qalır: o da bir ildə 1,591 milyard rubl qazanıb. Üçüncü yerdə 808,8 milyon rubl ilə Nikolay Bortsov (“Lebedinskiy” SC-nin baş direktoru) qərarlaşıb.

Keçmiş kosmonavtlar- Svetlana Savitskaya və Valentina Tereşkova müvafiq olaraq 16,73 milyon və 15,31 milyon rubl gəlir əldə etdiklərini açıqlayıblar. Keçmiş hokkeyçi Vladislav Tretyak ən zəngin idmançı deputdır. O da 22,5 milyon rubldan çox qazanıb.
Yeri gəlmişkən, deputatların ümumi qazancı 17 milyard rubla qədər artıb.

Orxan Əliyev,
Musavat.com

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*