Baş nazirin fotosu ölkəni ikiyə böldü: “Zarafat edirsiniz?” – FOTOLARbackend

Baş nazirin fotosu ölkəni ikiyə böldü: “Zarafat edirsiniz?” - FOTOLAR

Danimarkanın Baş naziri Mette Frederiksenin bazar günü ailəsi üçün nahar hazırlayarkən “İnstaqram”da etdiyi paylaşım böyük səs-küyə səbəb olub.

KONKRET.az xəbər verir ki, 2019-cu ildən baş nazir vəzifəsini icra edən və əvvəllər müxtəlif nazirlikləri idarə edən 46 yaşlı Frederiksenin ailəsi üçün yemək hazırladığı fotosunda bir detal diqqət çəkib.

Sosial şəbəkə istifadəçiləri Frederiksenin çiy toyuq kəsərkən xüsusi kəsim taxtasından istifadə etməməsinə sərt reaksiya veriblər. Fotoda Frederiksenin soğan doğradığı taxtada çiy toyuğu da kəsdiyi görüntülənib.

Bəzi sosial şəbəkə istifadəçiləri “Zarafat edirsən?”, “Tərəvəzlə çiy toyuğu eyni taxtada kəsmək olmaz, ciddisən?”, – deyə yazıblar.

Frederiksenin cavabı isə belə olub: “Qazandakı soğan və toyuq kifayət qədər qızdırılmalıdır. Yeri gəlmişkən, prosedurlardan sonra həm kəsim taxtası, həm də bıçaq yuyulub”. Frederiksen bu mesajın sonunda göz qırpan emoji əlavə edib.

Rəsmiyyə Şərifova,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*