“Baş verənlərə görə məsuliyyəti Paşinyan daşıyır” – Elxan Şahinoğlu şərti sərhəddə atəşkəsin pozulmasından danışdıbackend

"Baş verənlərə görə məsuliyyəti Paşinyan daşıyır" - Elxan Şahinoğlu şərti sərhəddə atəşkəsin pozulmasından danışdı

Azərbaycanla Ermənistanın şərti sərhəddində düşmənin fəallaşması müşahidə olunur. İki gün əvvəl Ermənistan ordusunun atəşkəsi pozması düşmənin təxribat planlarından xəbər verir. Özünü sülh carçısı kimi göstərən Paşinyanın təxribatlara getməsinin arxasında kimlər dayanır.

KONKRET.az-a açıqlama verən “Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu bildirib ki, atəşkəsin pozulmasında Nikol Paşinyanın marağının olma ehtimalı azdır: “Böyük ehtimalla atəşkəsin pozulması Ermənistan ordusundakı təxribatçıların əməlləridir. Çünki Paşinyan özü də bir neçə dəfə etiraf edib ki, Ermənistan ordusunda 5-ci kalon mövcuddur. Həmin 5-ci kalon Paşinyanın mövqelərini zəiflətməyə çalışır. Çünki atəşkəs pozulanda istər-istəməz Azərbaycan-Ermənistan münasibətlərində gərginlik yaranacaq. Bundan da Ermənistanın radikal müxalifəti,  5-ci kalon öz məqsədləri üçün istifadə edəcək. Bizim üçün fərqi yoxdur, Paşinyan Ermənistana məsul şəxsdir. Baş verənlərə görə məsuliyyəti Paşinyan daşıyır. Bu təxribatların qarşısı alınmasa əlbəttə ki, şərti sərhəddə gərginlik arta, yeni toqquşmaya gətirib çıxar bilər. Ona görə Paşinyan özü də araşdırmalıdır ki, baş verənlərin arxasında hansı qüvvələr dayanır. Bunları müəyyən edib həmin qüvvələri neytrallaşdırmalıdır”.

Vəli Həsənoğlu,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*