“Vladimir Putin və mən gedən siyasətçilər nəslinin nümayəndəsiyik”.
KONKRET.az xəbər verir ki, bu sözləri Belarus prezidenti Aleksandr Lukaşenko deyib.
Priqojin və “Vaqner” PMC-nin üsyanı ilə bağlı vəziyyətin həllindən danışan Lukaşenko qeyd edib ki, həm o, həm də Putin lazım olan hər şeyi ediblər. Belarus prezidentinin sözlərinə görə, o, rusiyalı həmkarı ilə ambisiyasız işləyir.
Lukaşenko əlavə edib ki, onlar dövlət başçısı olduqları müddətcə konstitusiyaya əsasən malik olduqları hüquqları sərt və bəzən qəddarcasına müdafiə edəcəklər.
Burhan,
KONKRET.az
