ABŞ prezidenti Co Baydenlə İsrailin baş naziri Benyamin Netanyahu arasaında telefon danışığı olub.
KONKRET.az xəbər verir ki, bu barədə Ağ Evin məlumatında bildirilir.
“Bayden İsrailin öz vətəndaşlarını terrorizmdən qorumaq üçün hər cür hüquq və məsuliyyətə malik olduğunu bir daha təsdiqlədi və mülki şəxslərin müdafiəsinin beynəlxalq humanitar hüquqa uyğun həyata keçirilməsinin vacibliyini qeyd etdi”, – məlumatda deyilir.
Bundan əlavə tərəflər HƏMAS tərəfindən saxlanılan girovların, o cümlədən Amerika vətəndaşlarının tapılması və azad edilməsi barədə müzakirə aparıblar.
“Prezident Qəzza zolağında mülki əhalinin ehtiyaclarını ödəmək üçün humanitar yardım axınının dərhal və əhəmiyyətli dərəcədə artırılmasını vurğulayıb”, – məlumatda qeyd edilir.
Ariz Həsənoğlu,
KONKRET.az
