Azərbaycan və Ermənistan Almatıda danışıqlarda iştirakını təsdiqlədi – RƏSMİ / YENİLƏNİBbackend

Azərbaycan və Ermənistan Almatıda danışıqlarda iştirakını təsdiqlədi - RƏSMİ / YENİLƏNİB

Azərbaycan və Ermənistan tərəfləri Qazaxıstanda keçiriləcək danışıqlarda iştirakını təsdiqləyib.

KONKRET.az xəbər verir ki, bu barədə “RIA Novosti“yə Qazaxıstan Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Aybek Smadiyarov məlumat verib.

Bildirilib ki, danışıqların dəqiq tarixi barədə məlumat veriləcək.

20:11

“Ermənistan və Azərbaycan xarici işlər nazirləri arasında Qazaxıstanda keçirilməsi planlaşdırılan danışıqların vaxtı hələ müəyyən edilməyib”. 

KONKRET.az xəbər verir ki, bu barədə Qazaxıstan xarici işlər nazirinin müavini Alibek Bakaev “RİA Novosti”yə məlumat verib

O bildirib ki, hələ ki rəsmi İrəvan bu təklifə cavab verməyib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*