“Bazarlıq yersizdir” – “Gürcü arzusu” ABŞ-a cavab verdibackend

“Bazarlıq yersizdir” – “Gürcü arzusu” ABŞ-a cavab verdi

“Gürcüstan hökuməti suverenliklə alver etmir və oyun oynamır, ABŞ özü günahkardır”.

KONKRET.az gürcü mediasına istinadən xəbər verir ki, Gürcüstanın hakim partiyası “Politico”nun bu gün yaydığı məlumata belə cavab verib.

“Təəssüf ki, bir sıra Amerika siyasətçiləri və məmurları səhv ardınca səhv edirlər və hələ də Gürcüstanla şantaj dilində danışırlar. Gürcü-Amerika münasibətlərinin yaxşılaşması tamamilə Amerika tərəfinin düzgün addımlarından asılıdır. Bunun üçün siz hörmət göstərməli, tamamilə qeyri-müəyyən perspektiv və təhqiramiz şantajla vədlər verməməlisiniz”, – deyə “Gürcü arzusu”nun bəyanatında deyilir.

Hakim partiya diqqətə çatdırıb ki, ABŞ ilk növbədə özünün strateji tərəfdaş olduğunu sübut etməlidir: heç bir şərt qoymadan vizasız gediş-gəlişi təmin etməli, azad ticarət sazişi imzalamalı, qeyri-hökumət təşkilatları vasitəsilə inqilabi əhval-ruhiyyəni dəstəkləməyi dayandırmalı və Avropa İttifaqı mövzusundan şantaj vasitəsi kimi istifadə etməməlidir.

Bəyanatda deyilir ki, bu baş verənə qədər Gürcüstana “ölkəni sakitləşdirmək üçün” “Xarici təsirin şəffaflığı haqqında” qanun lazımdır. “Tərəfdaşlarımız maksimum bir il ərzində münasibətləri keyfiyyətcə yenidən qura bilərlər. Onlar bunu başa düşsələr, münasibətlər çox tez düzələcək, amma əvvəlki yanaşma ilə hərəkət etməyə davam etsələr, Gürcüstan və Amerikanın maraqlarına zərər vuracaqlar”.

Bəyanatda o da qeyd olunur ki, ABŞ-da Gürcüstanla bağlı təklif olunan qanun layihəsi hələ qəbul edilməyib və onun qəbulu perspektivləri bəlli deyil.

Xatirə SADİQ,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*