Amerikalı jurnalist və “Fox News” telekanalının aparıcısı Taker Karlson Rusiya televiziyasında öz verilişini aparmağa başlayıb.
KONKRET.az rus mediasına istinadən xəbər verir ki, “TUCKER” şousu “Rossiya 24” telekanalında nümayiş etdirilir.
“TUCKER” şousu “Youtube”da yayımlanan “Carlson TV” kanalının və “Rusiya 24” birgə layihəsidir. Şounun birinci buraxılış gənə və Lyme xəstəliyinə həsr edilib. Karlson veriliş boyu mütəxəssislə xəstəliyin yayılması problemindən danışır.
Xatırladaq ki, Karlson bu ilin fevralında Moskvada Rusiya prezidenti Vladimir Putindən müsahibə alması ilə gündəmə gəlmişdi.
Xatirə SADİQ,
KONKRET.az
