İranlı həmkarının qəzaya uğramış helikopterinin axtarışı zamanı Rusiya prezidenti Vladimir Putinin İrana yardım göstərilməsi məqsədilə çağırdığı iclas 2 saata yaxın davam edib.
KONKRET.az rus mediasına istinadən xəbər verir ki, bu barədə İran İslam Respublikasının Moskvadakı səfiri Kazım Cəlali bildirib.
“Putin Rusiyanın bu fəlakətdə İrana hansı yardımı göstərə biləcəyini müzakirə etmək üçün iclas çağırdı”, – deyə səfir söyləyib.
Onun sözlərinə görə, Putin bildirib ki, Rusiya və İran dostdur, əgər Moskva bu vəziyyətdə Tehranın yanında olmasaydı, “suallar yaranardı”. İclasda Rusiya prezidenti və hüquq-mühafizə orqanlarının rəhbərlərinin “helikopter sərnişinlərindən bəziləri qəzadan sonra telefonla əlaqə saxlayıblar” kimi məlumatdan bəhs etməsinə gəlincə, səfir bunu “təsdiqi qeyri-mümkün olan” informasiya adlandırıb.
Xatirə SADİQ,
KONKRET.az
