“Bayraqsız və himnsiz alçaldıcı vəziyyət bizim üçün yolverilməzdir” – İrina Vinerbackend

"Bayraqsız və himnsiz alçaldıcı vəziyyət bizim üçün yolverilməzdir" - İrina Viner

“Ruslar bu yay Parisdə keçiriləcək 2024-cü il Olimpiadasına getməməlidir”.

KONKRET.az xəbər verir ki, bu sözləri Ümumrusiya Bədii Gimnastika Federasiyasının rəhbəri İrina Viner deyib.

“Bayraqsız və himnsiz bu cür alçaldıcı vəziyyət bizim üçün yolverilməzdir”, – deyə o bildirib.

İrina Viner əlavə edib ki, bir çox idman növlərində rusiyalı idmançılar artıq Olimpiadaya vəsiqə qazanmaq şansını itiriblər.

Dekabrın 8-də Beynəlxalq Olimpiya Komitəsi Rusiya və Belarus idmançılarının Parisdə keçiriləcək Olimpiadada iştirakına razılıq verib. Bununla belə, öz ölkələrinin bayrağı və himninin istifadəsinə qadağa qoyulduğu üçün onlar fərdi neytral idmançılar kimi yarışacaqlar. Həmçinin bildirilib ki, Ukraynada keçirilən xüsusi əməliyyatı dəstəkləyən, eləcə də Rusiya və Belarusun silahlı qüvvələri və ya təhlükəsizlik orqanları ilə əlaqəsi olan idmançılar yarışa buraxılmayacaq. Bundan əlavə, komanda idman növlərinin nümayəndələri də turnirdən kənarlaşdırılıb.

Burhan,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*