Hindistanın Mumbay şəhərindəki Aarey koloniyasında anası ilə məbədə gedən 16 aylıq qız bəbirin hücumu nəticəsində ölüb.
KONKRET.az “haberler.com“a istinadən xəbər verir ki, uşaq hücumdan az sonra yaxınlıqdakı xəstəxanaya aparılsa da, həkimlər onu xilas edə bilməyib.
Yerli polisdən bildirib ki, bu, bir ay ərzində ikinci bəbir hücumudur. Ötən il bəbirlərin hücumu nəticəsində 10-dan çox insan həlak olub.
Qeyd edək ki, 16 kvadrat kilometr ərazini əhatə edən Aarey koloniyası Mumbayın qərbində və Sanjay Qandi Milli Parkının yaxınlığında yerləşir. Ekoloji cəhətdən həssas ərazi olan Aareydəki Sanjay Qandi Milli Parkı 47 bəbiri olan yeganə milli park kimi tanınır.
İqbal Rzayev,
KONKRET.az
