Belqorodda daha bir Ukrayna PUA-sı vuruldubackend

Belqorodda daha bir Ukrayna PUA-sı vuruldu

Hava hücumundan müdafiə sistemləri Belqorod vilayətində bir ədəd Ukrayna PUA-sını vurub.

KONKRET.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.

“Moskva vaxtı ilə saat 15:40 radələrində Kiyev rejiminin Rusiya Federasiyası ərazisindəki obyektlərə təyyarə tipli PUA-lardan istifadə etməklə növbəti terror cəhdinin qarşısı alınıb”, – Müdafiə Nazirliyinin bəyanatında deyilir.

Məlumatda bundan əvvəl Ukrayna pilotsuz təyyarələrinin Dağıstan ərazisinə hücum etdiyi qeyd olunub.

Dronlardan biri pulemyotdan açılan atəşlə vurulub. İlkin məlumatlara görə, o, Rusiya regionunun Noqay bölgəsində neft yatağının yaxınlığında düşüb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*