Bərdədə ətçəkən maşının içində gizlədilən 1 kq heroin aşkarlanıb – FOTObackend

Bərdədə ətçəkən maşının içində gizlədilən 1 kq heroin aşkarlanıb - FOTO

Bərdə Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik vasitənin qanunsuz dövriyyəsində şübhəli bilinən rayon sakini saxlanılıb.

DİN-in mətbuat xidmətinin Bərdə regional qrupundan KONKRET.az-a verilən məlumata görə, daxil olmuş məlumat əsasında Bərdə RPŞ-nin əməkdaşlarının keçirdiyi tədbirlərlə narkotik vasitənin qanunsuz dövriyyəsində şübhəli bilinən rayon sakini Röya Hüseynov saxlanılıb.

Onun əlində olan sellofan torbaya baxış keçirilən zaman ətçəkən maşının içərisində gizlətdiyi 1 kiloqram 390 qram olan heroin aşkar edilərək götürülüb.

Faktla bağlı Bərdə RPŞ-də Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb, araşdırmalar davam etdirlir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*