ABŞ senatoru Riçard Blümental gəmiçilik şirkətlərini Rusiya dizel yanacağı daşıyan gəmiləri geri qaytarmağa çağırıb. O, bu daşımaların qanunsuz olduğunu bildirib.
KONKRET.az xəbər verir ki, bu barədə senator X-də paylaşım edib.
Senator qeyd edib ki, onun mesajı ABŞ limanlarına qanunsuz Rusiya dizel yanacağı daşıyan tankerləri olan gəmiçilik şirkətlərinə ünvanlanıb.
“Hələ vaxt var ikən kursu dəyişdirin”, – o vurğulayıb.
Blümental bildirib ki, Agioi Fanendes tankeri ABŞ-a təxminən Rusiyadan 40.000 ton dizel yanacağı daşıyır və gəmiçilik şirkətini gəmini geri qaytarmağa çağırıb.
Senator Yunanıstanın “Eastern Mediterranean Maritime Limited” (EASTMED) şirkətinin direktoru Athanasios Martinosa ünvanlanmış məktubu da dərc edib.
