Bərdənin İcra başçısı birbaşa efirə zəng etdi – Xoşqədəmin verilişində məmur tənqidinə dərhal reaksiya / VİDEObackend

Bərdənin İcra başçısı birbaşa efirə zəng etdi – Xoşqədəmin verilişində məmur tənqidinə dərhal reaksiya / VİDEO

Ötən gün “Səni axtarıram” verilişində Xoşqədəm Hidayətqızı studiyaya kömək üçün gələn 5 uşaqlı gənc ailənin probleminə laqeyid qalan Bərdə Rayon İcra Hakimiyyətindən və başçısının fəaliyyətindən şikayətlənib.

KONKRET.AZ xəbər verir ki, Xoşqədəm ötən həftənin cümə günündən Bərdənin İcra Hakimiyyəti ilə heç cürə əlaqə qura bilmədiklərini deyib. Hətta problem təkcə bu ailə ilə bitməyib. Sözügedən dövlət qurumunun və İcra Başçısı Vidadi İsayevin iki övladı əlindən alınan Ruhiyyənin taleyinə səssiz qalması studiyada oturanları da dilə gətirib:

Xalq artisti Şeyx Əbdül Mahmudov: “Vidadi müəllimin ya işıqları sönüb, ya da televizoru xarabdı. Cənab prezident Yevlaxla Xaçmaza İcra başçısı təyin edəndə, açıq efirdən dedi: “məndə məlumatlar var ki, yerli icra hakimiyyətləri göstərişlərimə əməl etmir, səhv məlumatlar verirlər. Mən səhih məlumatları vətəndaşlardan və mediadan alıram və sizi xəbərdar edirəm”. Vidadi müəllim, aç o televizoru, yoxdusa, xahiş edirik, mətbuatda tap oxu”.

Daha sonra Bərdə Rayon İcra Hakimiyyətinin başçısı Vidadi İsayev canlı efirə zəng edib və çoxuşaqlı ailənin səsləndirdiyi iddialarla bağlı Xoşqədəm Hidayətqızının suallarını cavablandırıb. İcra başçısı açıqlama zamanı studiyaya gələn şikayətçini yaxşı tanıdığını və səhv məlumat verdiyini təfərrüatlı izah edib.

Qeyd edək ki, 1959-cu il təvəllüdlü Vidadi İsayev Azərbaycan Respublikası Prezidentinin 3 mart 2011-ci il tarixli Sərəncamı ilə Bərdə Rayon İcra Hakimiyyətinin başçısı təyin edilib.

KONKRET.AZ verilişdən olan görüntüləri təqdim edir:

Hazırladı: Firuzə ALİMOVA

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*